Restoranların pul tələsi: 25 faiz xidmət haqqı qanunidirmi?

Maraqlı


“Vətəndaşlar onlardan əlavə 25% xidmət haqqı alan restoranı məhkəməyə verə bilərlər”.

Bunu “Qaynarinfo”ya açıqlamasında vəkil Əkrəm Həsənov restoranlarda vətəndaşlardan alınan əlavə xidmət haqqının hüququ əsaslarını izah edərkən deyib.

O bildirib ki, vətəndaşın verdiyi 25% xidmət haqqını restorandan geri almaq imkanı var:

“Müqavilə iki formada bağlanılır, şifahi və yazılı. Yazılı müqavilə aydındır, şərtlər göz önündə olur. Şifahi müqavilə fərqlidir. Müqavilə şifahi bağlanılırsa, qarşı tərəf, yəni bizə xidmət göstərən şəxs qiyməti əvvəldən bəyan etməlidir. Restorana gedəndə menyu verilir və orada qiymətlər göstərilir. Əgər orada xidmət haqqı da varsa, bu barədə əvvəldən məlumat verilməlidir. Hətta restoranda, tutaq ki, haradasa bu barədə yazılıb, amma müştəri bunu görməyə, fikir verməyə bilər. Çünki heç kəs bunu gözləmir. Buna müqavilənin standart şərtləri deyirlər. Əgər istehlakçıya sahibkar nəsə satırsa, xidmət göstərirsə və onun şərtlərində qeyri-adi gözlənilməz nəsə varsa, bu, istehlakçının maraqlarına ziddirsə və sahibkar öz hüquqlarından istifadə edirsə, həmin şəxs etibarsızdır. Əgər restoran yazırsa ki, xidmət haqqı 5%-dir, bu, gözləniləndir, amma 25% gözlənilməz şərtdir”.

Əkrəm Həsənov vurğulayıb ki, belə bir şərt varsa və müştəri onu görməyibsə, bu halda da etibarsızdır.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir