Pasiyent əməliyyat zamanı həkimlərə qorxulu anlar yaşatdı

Maraqlı


Əməliyyatdan əvvəl bədəninin bir xüsusiyyəti ilə bağlı həkimləri xəbərdar etməyi unudan pasiyent əməliyyat masasında olarkən həkimlərə qorxulu anlar yaşadıb.

Bu barədə “Jecmenn” ləqəbli “Reddit” sosial şəbəkə istifadəçisi özü danışıb.

Onun sözlərinə görə, bədəninin bəzi anesteziya növlərinə davamlı olduğunu bilib, lakin həkimlər anamnez götürəndə bunu qeyd etməyib. Nəticədə əməliyyat otağında əsl həngamə yaşanıb.

O özü əməliyyat zamanı baş verənlər haqqında demək olar ki, heç nə xatırlamadığını söyləyib.

“Sadəcə masadan qalxmaq istədiyim yadımdadır, qalanlarını həkimlər mənə danışıblar. Məni geri qaytarmaq üçün bir neçə nəfər lazım olub”, – deyə o bildirib.

Kişinin sözlərinə görə, o ətrafında olan hər şeyi bir-birinə qatıbmış:

“Deyəsən bəzi tibbi avadanlıqları zədələmişəm, hətta tibb bacılarından birini yüngül yaralamışam, özümə də xəsarət yetirmişəm”, – deyə kişi həkimlərdən eşitdiklərini danışıb.

“Jecmenn” işçilərin ondan incimədiyini, əksinə bu mövzuda zarafatlaşdıqlarını deyir.

“Ancaq hərəkətimə görə kiminsə yaralandığını bilmək mənim üçün xoşagəlməzdir”, – deyə o hisslərini bölüşüb.

Mənbə: Lenta.ru

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir