Sosial şəbəkələrdə Hindistanda nadir təbiət hadisəsi barədə görüntülər yayılıb.
Kadrlar Haridvar şəhərindəndir. Videoda şəhərin üstünə dalğa kimi topa buludların gəldiyi və bir anda hər yerin qaranlığa büründüyü görünür. Bu, “Fırtına yaxası” və ya şelf buludu kimi tanınan nadir meteoroloji hadisədir. Buludların gəlişi ilə tufan, güclü külək və leysan başlayıb.
Qeyd edək ki, günlərdir əlverişsiz hava şəraitinin davam etdiyi Hindistanın bir sıra şəhərlərində, o cümlədən Haridvarda havanın təhlükəli olduğunu göstərən “narıncı” kod xəbərdarlığı elan edilib.
www.RIA24.az