Dünyanın ən tanınmış rejissor animatorlarından olan Hayao Miyazaki 10 ildən sonra ilk anime filmini təqdim edib.
“Necəsiniz?” (“How Do You Live?”) adlı 124 dəqiqəlik film İkinci Dünya müharibəsində anasını yanğında itirən bir oğlanın həyatından bəhs edir.
Məlumata görə, filmi çəkən “Ghibli” studiyası animeni reklam etməyib, sadəcə poster dərc etməklə kifayətlənib. Film ənənəvi və IMAX formatlarında buraxılıb.
82 yaşlı Miyazakinin bundan əvvəlki uzunmetrajlı layihəsi 2013-cü ildə ekranlara çıxan “Külək güclənir” (“The Wind Rises”) anime filmi olub. Bundan sonra rejissor karyerasını bitirdiyini açıqlasa da, 2016-cı ildə “Necəsən?” mövzusunda işə başlayıb.
“Ruhlarla sovrulanlar” (“Spirited Away”) filminə görə “Oskar” mükafatçısıdır. Həmçinin onun “Haulun yeriyən qəsri” (“Howl’s Moving Castle”), “Şahzadə Mononoke” (“Princess Mononoke”), “Qonşum Totorro” (“My Neighbor Totoro”), “Səma qəsri Laputa” (“Castle in the Sky”), “Küləklər vadisindən Navsikaya” (“Nausicaä of the Valley of the Wind”) adlı animeləri müxtəlif mükafatlara layiq görülüb.
Mənbə: Kyodo
www.RIA24.az