Kristofer Nolan səs-küy yaradan son filmində qızını öldürüb – FOTO

Maraqlı


Rejissor Kristofer Nolan qızı Floraya “Oppenheimer”də rol verib.

Bu barədə məşhur rejissorun özü danışıb.

Onun sözlərinə görə, filmdə ona kiçik eksperimental və spontan parçada görünəcək biri lazım olub və o, bunu qızına təklif edib.

Maraqlıdır ki, ekran əsərində Floranın personajı ölür.  

Kristofer Nolan bununla əlaqədar bildirib ki, filmdə öz qızını öldürməsi bəzilərinə qəribə görünə bilər, ancaq bununla o, atom müharibəsində partlayışın real nəticələrini göstərmək istəyib.

Qeyd edək ki, “R” yaş reytinqi alan (17 yaşdan böyüklər üçün) “Oppenheimer”in süjet xətti atom bombasının yaradıcısı Robert Oppenheymerə həsr olunub. “Paky Blinders”in ulduzu Killian Mörfinin baş rolda oynadığı filmin aktyor heyətinə, həmçinin Robert Dauni Jr., Mett Deymon, Emili Blant, Florens Pyu, Kennet Brana, Rami Malek və başqaları daxildirlər.

Bundan əvvəl xəbər vermişdik ki, “Oppenheimer”in təqdimatında gözlənilməz hal baş verib – filmin ulduz heyəti aldıqları xəbərdən sonra tədbiri qəfil tərk edib.

Mənbə: The Telegraph

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir