Tennis oynayırdılar, rəqibini əsəb xəstəsi etdi – VİDEO

Maraqlı


Bu günlərdə Budapeştdə (Macarıstan) qadınlar arasında WTA-250 seriyası üzrə tennis turniri keçirilir. Oyunda ən yaddaqalan məqamlardan biri isə yerli tennisçi Amarişa-Kiara Tot ilə çinli rəqibi Çjan Şuaini arasında yaşananlar olub.

Məlumata görə, oyun zamanı yan xətt hakimi çinlinin atdığı topu aut kimi qeydə alıb. Videotəkrarda topun xəttə dəydiyi nəzərə çarpır, bu səbəbdən Çjan Şuai qərara etiraz etməyə çalışsa da, qüllədəki hakim əvvəl verilən rəyi qüvvədə saxlayıb.

Növbəti oyun başlayanda Tot mübahisəli nişana yaxınlaşıb və onu qəsdən ayağı ilə silib.

Şuai qəzəblənərək yenidən hakimə müraciət etsə də, nəticəsi olmayıb. Azarkeşlər isə bu hadisəni gülüşlə müşayiət edərək həmyerlilərinə dəstək olublar.

Bu, çinli idmançını özündən çıxarıb. O, tibbi fasilə götürüb və təşviş pozuntusundan şikayətlənib. Sonda o, mübarizəni davam etdirməkdən imtina edib.

Görüş ilk setdə macarıstanlının 6:5 hesablı qələbəsi ilə başa çatıb.

Mənbə: Gazeta.ru

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir