Yay üçün faydalı və asan hazırlanan sərinləşdirici içkilər – SİYAHI

Maraqlı


“Buzlu qəhvə və evdə hazırlanmış sitrus limonadları bürkülü havalarda xilas üçün ən yaxşı sərinləşdirici içkilərdir”.

Bu barədə rusiyalı texnoloq Ludmila Rumyantseva danışıb.

O, bu içkilərin dadlı olması ilə yanaşı, tərkibindəki vitaminlər və mikroelementlərə görə orqanizm üçün böyük faydaları olduğunu açıqlayıb.

Soyuq çay

Onun sözlərinə görə, soyuq çay istidən xilas olmağa kömək edəcək, həmçinin orqanizmi enerji ilə təmin edəcək.

“Qara çay – moruq və ya sitrus meyvələri ilə yaxşı gedir, yaşıl çay üçün isə çiyələk, alma və ya armud daha uyğundur. Çay dəmləyin və bir-iki saat soyuducuda saxlayın. Daha sonra ona sitrus suyu, bir neçə giləmeyvə və ya alma dilimi əlavə edə bilərsiniz”, – deyə Rumyantseva tövsiyə edib.

Sitrus meyvələrindən və şaftalı püresindən limonad

Mütəxəssis limonadı evdə hazırlana bilən ən asan içkilərdən biri adlandırıb.

“Klassik limonadlar artıq darıxdırıcıdırsa, portağaldan içki hazırlaya bilərsiniz. Sitrus meyvələri istidə yaxşı təravətləndirir və orqanizmi vitaminlərlə qidalandırır. Limonadın şirin olması üçün bir qaşıq şaftalı və ya çiyələk püresi əlavə edə bilərsiniz”, – deyə o əlavə edib.

Vyetnam üsulu buzlu qəhvə

Mütəxəssisin sözlərinə görə, bu, isti yay səhəri üçün uyğun olan gözəl sərinləşdirici içkidir. Onu hazırlamaq üçün qatılaşdırılmış süd, buz və təzə üyüdülmüş qəhvə lazımdır.

“Şəkərli içkilərin böyük həvəskarı deyilsinizsə, qatılaşdırılmış südün miqdarını azalda bilərsiniz. Qəhvənizin daha uzun müddət sərin qalması üçün içkiyə bir ovuc buz əlavə etməyi unutmayın. Zövqə görə darçın və ya qoz da əlavə edə bilərsiniz”, – deyə texnoloq qeyd edib.

Çiyələkli laymad

“Klassik limonadlardan bezmisinizsə, çiyələk laymadını sınayın”, – deyə Rumyantsev məsləhət görür. O, qeyd edib ki, çiyələk və laymadın birlikdə qeyri-adi dadı olacaq.

“Çiyələyi sevməyənlər banan, yaxud albalı kimi digər giləmeyvə və meyvələrdən istifadə edə bilərlər”, – deyə mütəxəssis sözlərini yekunlaşdırıb.

Xatırladaq ki, bundan əvvəl əsəbləri sakitləşdirmək və sinir sistemini gücləndirmək üçün faydalı yeməklər barədə məlumat vermişdik.

Mənbə: Lenta.ru

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir