“TikTok” istifadəçisi evi təmir edərkən panelin arxasında qəribə görünüşlü gizli otaq aşkar edib.
Bu barədə “GeeBeeTV” kanalının sahibi danışıb
Köhnə evdə əsaslı təmir zamanı tapıntı ilə üzləşən kanal sahibinin sözlərinə görə, otaq ilk baxışda heç bir maraq kəsb etmirdi. Ancaq diqqətlə araşdırdıqda tavanda qarmaqdan bağlamanın asıldığını görüb. Bağlamada sənədlər (o cümlədən doğum haqqında şəhadətnamə) və dəri ilə cildlənmiş köhnə İncil olub.
“TikTok” bloqer abunəçilərinə hər şeyin ona dəhşət filmindən səhnəni xatırlatdığını deyib.
İstifadəçilərdən bəziləri İncili götürdüyü yerə qoymağı tövsiyə ediblər.
“Qapı elə-belə deyil, qorunmaq üçün panellə bağlanıb”, – deyə istifadəçilərdən biri yazıb.
Digər bir istifadəçi isə nəşrin çox bahalı və nadir olduğuna diqqət çəkib.
Bəziləri isə bloqerı kitabla birlikdə tapılan sənədləri araşdırmağı, keçmiş sahiblərini tapmağa çalışmağı və hər şeyi ondan soruşmağı tövsiyə ediblər.
Mənbə: Lenta.ru
www.RIA24.az