Xalq artisti Ramiz Məlikin səhhəti yaxşılaşır.
Bu barədə Oxu.Az-a tanınmış aktyorun özü məlumat verib.
Xatırladaq ki, Xalq artisti Ramiz Məlik aylar öncə onkoloji xəstəlikdən əziyyət çəkməsi ilə bağlı məlumat paylaşmışdı.
Tanınmış aktyor artıq müalicələrini evdə davam etdirdiyini bildirib:
“Səhhətim yaxşıdır. Artıq müalicələrimi bir neçə müddətdir ki, ev şəraitində davam etdirirəm. Narahatlığa ehtiyac yoxdur”.
Qeyd edək ki, 79 yaşlı Xalq artisti uzun illər Akademik Milli Dram Teatrında fəaliyyət göstərib.
Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə 2019-cu ildə “Şöhrət” ordeni ilə təltif olunub.
Nəzrin Vahid
www.RIA24.az