Rusiyanın XİN rəhbəri Sergey Lavrovla naməlum afrikalı qadının səmimi söhbəti və Rusiya Prezidenti Vladimir Putinin buna reaksiyası sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.
Kadrlarda Lavrovla afrikalı xanımın paltarının yaxasını əli ilə oynadaraq nəsə dediyi, birlikdə gülüşdükləri və sonda qucaqlaşaraq ayrıldıqları görünür. Bundan sonra Putin nazirə yaxınlaşaraq nəsə deyir.
“Ola bilsin ki, prezident ondan soruşub: Sergey Viktoriviç, bu nə idi?” – deyə kadrları paylaşan Kreml jurnalisti Dmitri Smirnov ehtimal edib.
Qeyd olunur ki, viral görüntülər bu yaxınlarda keçirilən Rusiya-Afrika sammitində lentə alınıb.
Mənbə: Ttsargrad.tv
www.RIA24.az