Abşeron rayon Ceyranbatan qəsəbəsində yaşayan Surəddin Mirzəliyevin ümumilikdə 25 barmağı var.
27 yaşlı S.Mirzəliyev buna bənzər hallara onların ailəsində tez-tez rast gəlindiyini, lakin onun digər ailə üzvlərindən bir qədər fərqləndiyini bildirib.
O deyib: “Mənimlə bərabər, dörd qardaşımın da əlində altı barmaq var. Bir tək məndə əlimin birində yeddi barmaq var. Bu, məndə anadangəlmədir”.
S.Mirzəliyevin hər bir ayağında altı barmaq, bir əlində altı, o biri əlində isə yeddi barmaq olmaqla, ümumilikdə 25 barmağı var.
Daha ətraflı Baku TV-nin süjetində:
www.RIA24.az