“X” sosial şəbəkəsinin sahibi İlon Mask və “Meta” şirkətinin qurucusu Mark Zukerberq arasında gözlənilən döyüş baş tutmaya bilər.
Belə ki, İlon Mask Zukerberqin onunla Roma Kolizeyində döyüşməkdən imtina etdiyini deyib.
Mask bununla bağlı özünün “X” hesabında paylaşım edib.
“İtaliya nəzakətlə Kolizeyi təklif etdi. Zuk imtina etdi. O zaman mən “təhlükəsiz məkan” olaraq onun evini təklif etdim. Təəssüf ki, o “səyahət edirdi”, – deyə iş adamı paylaşımda qeyd edib.
www.RIA24.az