“Taxt-tac oyunları”nın uşağı yandırılan çobanı gənc yaşında öldü – FOTO/VİDEO

Maraqlı


Qeyri-adi görünüşü ilə fərqlənən, buna görə də dünya kino sahəsində tələb olunan aktyorlardan birinə çevrilən Darren Kent 36 yaşında vəfat edib.

Bu barədə “Carey Dodd Associates” agentliyi “X” sosial şəbəkəsindəki hesabından məlumat yayıb. Ancaq onun ölümünün dəqiq səbəbi, həmçinin nə vaxt və harada dəfn ediləcəyi açıqlanmayıb.

Britaniyalı aktyorun sağalmaz dəri xəstəliyindən, həmçinin artrit və osteoporozdan əziyyət çəkdiyi məlumdur. Buna görə o, yaşından daha yaşlı görünüb.

Kent əsasən “Game of Thrones” (“Taxt-tac oyunları”) serialının “Uşaqlar” adlı seriyasında (4-cü mövsüm, 10-cu epizod) rolu ilə tanınıb. Bu filmdə o, Meereendə hakim Deyeneris Tarqarien (Emiliya Klarkın) yanına gedən və ona əjdaha Droqonun yandırdığı üç yaşlı qızının cəsədini göstərən çoban rolunu oynayıb.

Aktyor həmçinin “Dungeons & Dragons: Honor Among Thieves” (“Zindanlar və əjdəhalar: Oğrular arasında şərəf”/2023), “Mirrors” (“Güzgülər”/2008), “Snow White and the Huntsman” (“Ağcaxanım və ovçu”/2012), “The Little Stranger” (“Kiçik yad uşaq”/2018), “Jeepers Creepers: Reborn” (Cipers Kripers: Oyanış/2021) filmlərində də rol alıb.

Darren Kent həmçinin ssenari yazıb və rejissor kimi filmlər çəkib.

Mənbə: The Hollywood Reporter

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir