İlk dəfə balıq tutmağa gedən amerikalı 85,5 kiloqramlıq nəhəng opa tutub və bununla da dünya rekordunu qırıb.
Bildirilir ki, Kaliforniyadan olan Bo Liman dostları ilə okeana balıq tutmağa gedib. Axşama yaxın onların gəmisinin kapitanı sonarın təxminən doqquz metr dərinlikdə balıq sürüsünü göstərdiyini deyib. Liman da “isinmək üçün” tilovu 90 metrə atmağa qərar verib.
O, tilovu çəkmək istəyəndə nəyə isə ilişdiyini görüb və bunun daş olduğunu düşünüb. Ancaq sonra yanıldığını anlayıb. Çünki, tilovu okeanın dibinə çatacaq qədər uzun deyildi. Liman bunu təcrübəsi çox olan dostlarına deyəndə onlar qarmağa hansısa böyük canlının düşdüyünü bildiriblər.
Liman dərhal tilovu çəkməyə başlayıb. Ancaq balıq özünü azad etməyə çalışdığı üçün o yan-bu yana çabalayıb və Limana çətin anlar yaşadıb. Sonda gəmi kapitanı köməyə gəlib.
Çıxarıldıqdan sonra bunun 85,5 kiloqramlıq nəhəng qırmızı opa olduğu müəyyən edilib. Balığın çəkisi 2014-cü ildə müəyyən edilmiş dünya rekordundan təxminən dörd kiloqram çox olub.
Mənbə: Sport Fishing
www.RIA24.az