Türkiyədə göldə möcüzə: Suyunda üzənlər qaraşın girib, sarışın çıxırlar – FOTO

Maraqlı


Türkiyənin Van gölünün qəribə xüsusiyyəti hər kəsin marağına səbəb olur. Belə ki, göldə çimən uşaqların saçı qısa müddət ərzində saralır və öz təbii rənginə ancaq qışda qayıdır.

Yerli sakinlər uşaqların saç rənginin saralması üçün bir həftənin kifayət etdiyini bildirirlər.

“Van gölünün suyu həm qazlı, həm də duzludur. Saçlarının təbii şəkildə sarışına boyanmasını istəyənləri Van gölündə salamlayırıq”, – deyə yerli sakinlərdən biri bildirib.

Qeyd edək ki, Nemrut dağının vulkan püskürməsi nəticəsində əmələ gələn dünyanın ən böyük qazlı su gölü, həmçinin, minerallarla zəngindir. Həkimlərin sözlərinə görə, Vanın müalicəvi suyu el arasında “yağlı ekzema” kimi tanınan seboreyalı dermatit, psoriaz və göbələk kimi dəri xəstəliklərinin müalicəsinə müsbət təsir göstərir.

Mənbə: TRT Haber

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir