Siçanlar üzərində keçirilən son təcrübə hər birimizi düşündürməlidir: Alimlər nəticəni açıqladılar – FOTO

Maraqlı


ABŞ-nin Rod-Aylend Universitetinin alimləri beyində toplanan mikroplastiklərin təhlükəsini araşdırıblar. Məlum olub ki, plastikin kiçik hissəciklərinin bədənə nüfuz etməsi, xüsusən də yaşlılarda davranış dəyişikliyinə səbəb olur.

Bu barədə araşdırmanın nəticələri “International Journal of Molecular Sciences” jurnalında dərc olunub.

Bildirilir ki, mikroplastiklər artıq ətraf mühitin, demək olar ki, hər yerində, o cümlədən bitkilər, okeanlar, heyvan və insan toxumalarında var, ancaq onların sağlamlığa təsiri hələ də zəif başa düşülür.

Bununla bağlı keçirilən təcrübədə gənc və yaşlı siçanlar üç həftə ərzində tərkibində müxtəlif səviyyələrdə mikroplastiklər olan sudan içiblər. Nəticələr göstərib ki, mikroplastiklər qaraciyər və beyin toxumalarında həm davranış, həm də immun markerlərdə dəyişikliklərə səbəb olur. Siçanlar demensiya xəstələrinin davrandığı kimi hərəkət etməyə başlayıblar. Bu daha çox yaşlı heyvanlarda müşahidə edilib.

Yarılma zamanı məlum olub ki, hissəciklər bütün orqanlarda, o cümlədən beyində cəmləşib. Bu maraqlıdır, çünki beyindəki qan-beyin baryerini keçmək olduqca çətindir. Bu, virus və bakteriyalara qarşı müdafiə mexanizmidir, lakin hissəciklər beyin toxumasına dərindən nüfuz edə bilib.

Gələcəkdə komanda mikroplastiklərə məruz qalmanın nevroloji pozğunluqlara və Altsheymer kimi xəstəliklərə səbəb ola biləcəyini daha da öyrənməyi planlaşdırır.

Mikroplastik – xüsusi bir plastik növü deyil, uzunluğu 5 mm-dən az olan hər hansı bir plastik parçadır. Qranulometrik tərkibi 100 nm-dən 5 mm-ə qədər olan mikroplastiklər ətraf mühit üçün təhlükəli hesab olunur. Bu fraqmentlər ekosistemlərə kosmetika, geyim və sənaye prosesləri daxil olmaqla müxtəlif mənbələrdən daxil olur, həmçinin daha böyük plastik hissəciklərin parçalanması zamanı da əmələ gəlir.

Mikroplastiklər ətraf mühitdə, xüsusilə su və dəniz ekosistemlərində böyük miqdarda toplanır.

Plastik yavaş-yavaş, adətən yüzlərlə, hətta minlərlə il ərzində parçalanır. Bu, mikroplastiklərin bir çox orqanizmlərin bədənlərinə və toxumalarına daxil olması və yığılma ehtimalını artırır.

Mənbə: Lenta.ru

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir