Bir-birindən 24 saat ayrı saxlanılan əkizlərin yenidən görüşü hamını riqqətə gətirdi – VİDEO

Maraqlı


Əkiz uşaqlarını bir gün ayırmaq məcburiyyətində qalan ana onların otağına quraşdırılmış müşahidə kamerasının qeydini paylaşıb. Kadrlar sosial şəbəkə istifadəçiləri tərəfindən böyük maraqla qarşılanıb.

Görüntülərin müəllifinin sözlərinə görə, əkizlər həyatlarında ilk dəfə olaraq bütün bir günü ayrı keçiriblər.

“Gecə onları birlikdə yatırdıq. Onların bir-biriləri üçün necə darıxdığını buradan görmək olar”, – deyə qadın videoya şərh yazıb.

Kadrlarda uşaqların sevincdən gülüşdükləri, bir müddət bir-birinin əllərini tutduqları, az sonra qucaqlaşdıqları görünür. Arada onlardan biri digərinə təsəlli verirmiş kimi kürəyindən vurur.

“Əkizlər həqiqətən bir-biriləri üçün yaradılıblar”, – deyə ana əlavə edib.

Kadrlar qısa müddətdə sosial şəbəkələrdə sürətlə yayılaraq on milyonlarla baxış toplayıb.

“Bu çox təsirli videodur, göz yaşlarımı saxlaya bilmədim”, “Əkizlərin bir-birini nə qədər sevdiyini onları ayırana qədər başa düşmürsən”, “İlahi, bu, həyatımda gördüyüm ən şirin görüntüdür”, “İndi mən bu videoya görə tam bir saat ağlayacağam”, – deyə istifadəçilər öz hisslərini bölüşüblər.

Mənbə: Lenta.ru

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir