ABŞ Milli Aeronavtika və Kosmik Agentliyinin (NASA) “Lunar Reconnaissance Orbiter” aparatı Ayın səthində yeni kraterin şəklini çəkib. Qurumdan verilən məlumata görə, bura Rusiyanın “Luna-25” avtomatik stansiyasının qəzasından sonra yarana bilərdi.
Xatırladaq ki, “Luna-25” avqustun 11-də Moskvadan 5500 kilometr şərqdə yerləşən “Vostoçnıy” kosmodromundan “Soyuz 2.1b” raketi ilə buraxılıb, avqustun 16-da Ay orbitinə girib, ancaq avqustun 19-da qurğu ilə əlaqə kəsilib. Sonradan məlum olub ki, “Luna-25” Ayın səthi ilə toqquşaraq fəaliyyətini dayandırıb. Beləliklə, müasir Rusiya tarixindəki ilk Ay missiyası iflasa uğrayıb.
Mənbə:
www.RIA24.az