113 milyon ildən daha əvvəl yaşamış dinozavrlar müasir Texas ştatının Qlen Rouz (ABŞ) bölgəsində gəzmiş və özlərindən sonra Paluksi çayının suları altında qalmış, daşlaşmış ayaq izləri qoyublar.
Texasda ekstremal hava şəraiti “Dinozavrlar Vadisi” dövlət parkında 70-ə yaxın ayaq izinin üzə çıxmasına gətirib çıxardıb. Ekspertlər hesab edirlər ki, onlardan bəziləri hündürlüyü 60 fut (18 metrdən bir qədər çox) olan nəhəng Zavroposeydona aiddir.
Dünyanın ən uzun dinozavr ayaq izlərindən biri ABŞ-də quraqlıq nəticəsində aşkar edilib. O, Paluksi çayında su və lil altında qalıb, lakin qeyri-adi isti hava nəticəsində ortaya çıxıb.
İlk dəfə deyil ki, quraqlıq sözügedən tarixöncəsi izlərin bəzilərini ortaya çıxarır, lakin bu il onları əhəmiyyətli dərəcədə daha çox görmək mümkün olub. Onlardan biri “tənha reyncerin izi” adlanırılıb. O, dünyanın ən uzun dinozavr ayaq izlərindən biri hesab olunur.
“Dinozavrlar Vadisi” Dövlət Parkının Dostları Amerika təşkilatından Pol Beyker hesab edir ki, üçbarmaqlı ayaq izlərinin böyük ehtimalla 15 fut (4,5 metr) hündürlüyündə, çəkisi təxminən 7 ton olan dinozavr Akrokantozavra aid olduğu qeyd edilir. Daha böyük pəncə izləri çox güman ki, 60 fut hündürlüyündə (18 metrdən bir qədər çox) və bəzən Paluksizavr adlanan 44 tonluq nəhəng dinozavr Zavroposeydona məxsus olan izlərdir.
“Bu, bizim üçün elə də adi bir hal deyil, lakin iki il ardıcıl yüksək temperatur və quraqlıq nəticəsində bizim yeni izlər kəşf etmək imkanımız yaranıb. Güclü bir yağış yağan kimi onların çoxu yenidən su ilə örtüləcək”, – deyə Pol bildirib.
Paleontoloqlar tələsik şəkildə yenidən gözdən itəcək bu heyrətamiz ayaq izlərini tədqiq edir və təsvir edirlər. Hazırda Texas ərazisinin yarısından çoxu quraqlıqdan əziyyət çəkir.
Mənbə: focus.ua
www.RIA24.az