İspaniya Kral Futbol Federasiyasının (RFEF) prezidenti Luis Rubiales ölkənin İdman Tribunalında ona qarşı açılan işlə əlaqədar özünü müdafiə edəcəyini bildirib.
O, hər şeyin qarşılıqlı razılaşma əsasında və kortəbii şəkildə baş verdiyini açıqlayıb.
“Həmin tarixi qələbə anında hamımız sevindik. Mənim tərəfimdən heç bir aqressiya olmadı, zərrə diskomfort yaratmadım – ikimizin də qəlbi sevincdən dolub-daşırdı. Bu gün İspaniya İdman Tribunalı mənə qarşı iş açıb, amma mən həqiqəti sübut etmək üçün özümü müdafiəyə davam edəcəyəm”, – deyə Rubiales bildirib.
Xatırladaq ki, ispanların ingilisləri məğlub etdikləri (1:0) DÇ-2023 finalından sonra keçirilən mükafatlandırma mərasimində millinin qələbəsinə sevinən Luis Rubiales futbolçu Cennifer Ermosonu qucaqlayıb və dodaqlarından öpüb. Bir çox jurnalist və fanat Rubialesi tənqid edərək, onun davranışını hədsiz adlandırıb.
Öz növbəsində Beynəlxalq Futbol Federasiyası (FIFA) məmura qarşı intizam işi açıb.
Rubiales özü də hadisədən sonra bildirib ki, qalmaqala görə vəzifəsindən istefa vermək niyyətində deyil.
Mənbə: as.com
www.RIA24.az