Yaxın vaxtlarda balinalar üçün qaranlıq dövr başlayır: Səbəb və Günəşin bununla əlaqəsi – FOTO

Maraqlı


Omarlar, balıqlar, dəniz tısbağaları, köçəri quşlar və bəzi həşəratlar da daxil olmaqla, təəccüblü sayda canlılar Yerin maqnit sahəsindən təsirlənə bilirlər. Eyni zamanda, alimlər xəbərdarlıq edirlər ki, Günəş tsiklində partlayış piki yaxınlaşır və bu, xüsusən okeanın sakinlərinə təsir edəcək.

Bu barədə “Live Science”də məlumat verilib.

Əvvəlki tədqiqatlar göstərir ki, təqribən 11 illik günəş dövrünün ən aktiv fazasında baş verən Günəş fırtınaları bəzi böyük balina növlərinə təsir edir: Onlar kütləvi şəkildə azır və özlərini sahilə vururlar.

Alimlərin fikrincə, bu, çox güman ki, bəzi balina növlərinin Yerin maqnit sahəsindən istifadə edərək səmtlərini müəyyənləşdirməsi ilə bağlıdır. Günəş fırtınaları planetimizi vurduqda onların yollarını müəyyənləşdirməsi çətinləşir.

Bundan əvvəl düşünülürdü ki, növbəti Günəş maksimumu 2025-ci ildə başlayacaq və nisbətən zəif olacaq. Ancaq yeni araşdırmalar onun 2023-cü ilin sonu, ya da 2024-cü ilin əvvəlində başlaya biləcəyini və gözləniləndən daha aktiv olacağını göstərir.

Mütəxəssislər bildiriblər ki, əgər Günəş dövrü əvvəllər proqnozlaşdırılandan aktiv olarsa, bu, çox güman ki, Yerin maqnit sahəsindən təsirlənən canlılara, xüsusən də balinalara böyük təhlükə yaradacaq, onlar daha çox azaraq sahilə çıxacaqlar. Bu isə çox vaxt onlar üçün fəlakətlə nəticələnir.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir