Honqkonqda yağan leysan son 140 ilin ən güclü yağışına çevrilib. Ötən gecə orada 158,1 millimetr yağıntı düşüb ki, bu da 1884-cü ildən bəri rekord göstəricidir.
Sosial şəbəkələrdə bununla bağlı yayılan kadrlarda küçələrin, metro stansiyalarının su altında qaldığı, onlarla maşının seldə sürükləndiyi görünür.
Son məlumatlara görə, təbii fəlakətə görə 100-dən çox insan müxtəlif dərəcəli xəsarət alıb.
Ancaq yerli hökumət vəziyyətin daha da pisləşə biləcəyindən narahatdır. Belə ki, Şençjen anbarından suyun səviyyəsinin artması Honqkonqun şimal bölgələrində daşqınlara səbəb ola bilər.
Mənbə: Ura.ru
www.RIA24.az