Kosmik hava durumuna görə, Günəşdə fəallıq orta səviyyədə olub.
Bu barədə Nəsrəddin Tusi Adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Qeyd edilib ki, geomaqnit sahəsi sentyabrın 5-də Günəşdə tac kütləsinin atılması (TKA) nəticəsində şok dalğasının təsiri ilə G1 səviyyəsinə qədər yüksələrək zəif geomaqnit qasırğası baş verib.
Kosmik hava proqnozuna görə, proqnoz günlərində (11 sentyabr – 17 sentyabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 40%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.
Günəş küləyi sürətinin 12-13 sentyabrda TKA-nın və müsbət qütblü tac dəliklərindən çıxan yüksəksürətli zərrəciklər selinin təsiri ilə artacağı gözlənilir. Geomaqnit sahəsinin də tac dəliklərindən çıxan yüksəksürətli zərrəciklər selinin təsiri ilə 12-13 sentyabrda aktiv səviyyələrə qalxacağı və zəif (G1) sinifli geomaqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır.
www.RIA24.az