“Ayın səthi Günəşin təsirinə görə hər gün iki dəfə – səhər və axşam silkələnir. Bu dalğalanmalar o qədər müntəzəm və dəqiqliklə baş verir ki, hətta saatları onlara uyğun qurmaq olar”.
Bu barədə ABŞ-nin Kaliforniya Texnologiya İnstitutunun alimlərinin araşdırmasından məlum olub. Onların tədqiqatları “Journal of Geophysical Research: Planets” (“JRG: Planets”) elmi jurnalında dərc olunub.
Mütəxəssislər bu təkanların səbəbini Günəş şüaları ilə qızma nəticəsində Ayın səthində temperaturun qəfil dəyişməsi ilə izah ediblər.
“İzolyasiya edən atmosferi olmadığından Ayın səthi bir gündə +120 dərəcəyə qədər qıza və sonra -133 dərəcəyə qədər soyuya bilər. Temperaturun dəyişməsi Ay bünövrəsinin sıxılmasına və genişlənməsinə səbəb olur ki, bu da kiçik Ay zəlzələləri ilə nəticələnir”, – deyə tədqiqatçılar izah ediblər.
Tədqiqatçılar Yerin peykində qeyri-adi seysmik aktivlik mənbəyini də aşkar ediblər. Buranın 1976-cı ildə Aya yollanan “Apollon 17” kosmik gəmisinin eniş yeri olduğu ortaya çıxıb. Bildirilir ki, metal konstruksiyalar o qədər güclü qızıb ki, onların vibrasiyasını seysmometrlərdən istifadə etməklə də aşkar etmək mümkün olub.
Ekspertlərin sözlərinə görə, Ay zəlzələlərinin təbiətini başa düşmək gələcək insanlı missiyalar və Ayda bazaların yaradılması üçün vacibdir.
Bundan əlavə, yeraltı təkanlar nüvəni öyrənməyə imkan verir. Belə ki, seysmik dalğalar müxtəlif materiallar vasitəsilə müxtəlif sürətlə yayılır, bu isə alimlərə buz yataqlarının və digər resursların axtarışına kömək edə bilər.
Mənbə: Lenta.ru
www.RIA24.az