Tom Hardinin “Venom”u zoologiya kitablarına salınır – FOTO

Maraqlı


Alimlər tapdıqları yeni bir hörümçək növünü Hollivud ulduzu Tom Hardinin “Venom” rolunun şərəfinə “venomius tomhardyi” adlandırıblar.

Belə bir qərara səbəb buğumayaqlının bədənində olan və antiqəhrəmanın üzünü xatırladan xarakterik naxış olub.

Mütəxəssislər bildiriblər ki, “venomius tomhardyi” zəhərli sayılır, lakin onun zəhəri insanlara zərər verə bilməz, çünki xeliserləri (üst çənədəki dişlər) insan dərisinə nüfuz edə bilmir.

Qeyd edək ki, bu, alimlərin kəşflərinə müxtəlif pop mədəniyyət personajlarının adlarını verdiyi ilk hal deyil. Belə ki, bundan əvvəl “Taxt-tac oyunları”ndan əjdaha Meraksesin adı bir dinozavra və “Üzüklərin hökmdarı”ndan Sauron ləqəbi isə kəpənəyin bir növünə verilib.

Tədqiqatçıların sözlərinə görə, belə bir addım adətən heyvanların və bitkilərin növlərinə diqqət çəkmək üçün atılır.

Mənbə: News.ru

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir