Alimlərdən XƏBƏRDARLIQ: “Bütün dünyada içməli suyun keyfiyyəti pisləşib”

Maraqlı


Ekstremal hava şəraiti səbəbindən bütün dünyada çay suyunun keyfiyyəti pisləşib.

Niderlandın Utrext Universitetinin ekoloqları müxtəlif regionlarda minə yaxın çayda baş verən dəyişikliklərin təhlilindən sonra bu qənaətə gəliblər.

Araşdırmaların nəticələri “Nature Reviews Earth & Environment” jurnalında dərc olunub.

Mütəxəssislər qeyd ediblər ki, vəziyyətin pisləşməsi son onilliklərdə isti dalğaları, quraqlıq, leysan yağışlar və digər hadisələrlə bağlıdır.

Belə ki, əksər çaylar qlobal istiləşmə ilə bağlı hava anomaliyaları səbəbindən dəyişib – 68 faiz hallarda istilik dalğaları, quraqlıq suda oksigen konsentrasiyasının azalması və duzluluğun artması ilə nəticələnib.

Daşqın və yağışlardan sonra 51 faiz hallarda plastik hissəciklərin sayının artmasını, həmçinin pestisidlərin, nitratların, digər gübrə komponentlərinin konsentrasiyasının artması görünüb.

Elm adamlarının fikrincə, bu tədqiqat insanların təmiz suya çıxışını təmin etmək üçün strategiyaların işlənib hazırlanmasında kömək olacaq.

Mənbə: Lenta.ru

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir