Braziliyada pampa tülküsü və ev itinin hibridi olan qeyri-adi heyvan aşkar edilib.
Mütəxəssislər vəhşi təbiətdə belə bir nümunə ilə ilk dəfə qarşılaşdıqlarını bildiriblər. Unikal heyvana “dogxim” adı verilib.
Qəribə heyvan 2021-ci ildə avtomobil tərəfindən vurulduqdan sonra müəyyən edilib. Baytarlar uzun müddət qarşılarında nə olduğunu başa düşə bilməyiblər: onda tülkü və itlərə xas olan xüsusiyyətlər olub. Məsələn, heyvan it kimi hürüb, ancaq kürkü və ağız quruluşu tülkünü xatırladıb.
Test nəticələri yalnız bu yaxınlarda gəlib və bundan sonra heyvanın unikallığı aydın olub.
Qeyd edilir ki, insanlardan qorxmasına baxmayaraq, heyvan mehribandır və özünü sığallamağa icazə verir. Mütəxəssislər hesab edirlər ki, vəhşi təbiətdə daha bir neçə belə fərd ola bilər.
Mənbə: News.ru
www.RIA24.az