Kazanda (Tatarıstan, Rusiya) hərbi geyimli sərxoş şəxs yaşayış binasının həyətində uşaqların və qadınların gözü qarşısında qumbara partladıb.
Baş verənlər binaya quraşdırılmış domofonun kamerasında qeydə alınıb.
Kadrlarda binanın həyətindəki skamyada “Z” şevronu olan kamuflyaj geyimində kişinin yanında əyləşən qadınla və onlardan bir-iki metr aralıda dayanan 8-10 yaşlı uşaqla söhbət etdiyi görünür. Danışıqlardan məlum olur ki, kişi qumbara partlatmaq istəyir, hətta uşağa sursatın halqasını çəkməsini təklif edir. Bu vaxt onun yanında oturan qadın onu fikrindən daşındırmağa çalışır, ancaq buna nail olmur: kişi əlindəki qumbaranı uşağın arxasındakı bağçaya atır, həmin an partlayış səsi eşidilir.
Bu vaxt baş verənləri kənardan izləyən başqa bir qadın isterika keçirir. Hərbçi isə heç nə olmamış kimi, sursatın “adi” səs qumbarası olduğunu deyir.
Yerli mediada verilən məlumata görə, hərbçi artıq polis tərəfindən saxlanılıb.
Mənbə: InKazan.ru
www.RIA24.az