NASA naməlum anomal hadisələrlə bağlı hesabat təqdim edib

Maraqlı


ABŞ Aerokosmik Agentliyi bir il ərzində naməlum anomal fenomenlər (NAF, agentlikdə UNO-nu belə adlandırmaq təklif edilib) haqqında məlumatları öyrənilməsi ilə məşğul olan müstəqil ekspert qrupunun fəaliyyəti haqqında hesabat təqdim edib. Hesabatın özü NASA-nın saytında dərc edilib.

“Əsas nəticə odur ki, hələ öyrənməli olduğumuz çox şey var. Müstəqil tədqiqat qrupu NAF-ların yer mənşəli olmamasına dair heç bir sübut tapmayıb, lakin biz bu naməlum hadisələrin əslində nə olduğunu bilmirik”, – deyə agentliyin rəhbəri Bill Nelson bəyan edib.

Mətbuat konfransı zamanı Nelson, həmçinin naməlum anomal hadisələrin tədqiqi proqramına yeni direktorun təyin olunduğunu da açıqlayıb.

Qrupun digər üzvlərinin iş zamanı trollinq və hətta təhdidlərlə üzləşməsi səbəbindən NASA yeni direktoru potensial təqibçilərdən qorumaq üçün onun adını açıqlamayıb.

NASA-nın press-relizində, həmçinin qeyd olunub ki, yeni direktorun vəzifələrinə NAF tədqiqatları sahəsində müxtəlif agentliklər və departamentlərin fəaliyyətinin əlaqələndirilməsi, eləcə də səmada anomaliyaların axtarışı üçün süni intellektin və maşın öyrənməsinin inteqrasiyası daxildir.

Mənbə: Meduza

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir