İngiltərədə bütün britaniyalı ulduzları bir araya gətirən və əhəmiyyətinə görə “Londonun Met Galası” adlanan “Vogue World” tədbiri keçirilib.
Həmin gün qırmızı xalıda Hollivud ulduzu Cared Leto və onun qardaşı Şennon, Keyt Uinslet, Emilia Klark, Kler Foy, müğənni Rita Ora, supermodellər Vinni Harlou, Keri Mulliqan və s. məşhurlar parlayıb.
Ancaq ötən əsrin 90-cı illərinin dörd supermodelinin – Naomi Kempbell, Sindi Krouford, Kristi Tarlinqton və Linda Evangelistanın final çıxışı tədbiri moda tarixinə salacaq xüsusi hadisə hesab olunub.
Həmin tədbirdə ən unikal geyimləri ilə fərqlənən ulduzlardan bəzilərini təqdim edirik.
www.RIA24.az