Xalq artisti Nisə Qasımova Xalq artisti, tarzən Ceyran Haşımovanın onun haqqında söylədiyi fikirlərə münasibət bildirməyib.
Məsələ ilə bağlı məlumat almaq üçün Oxu.Az-ın əməkdaşı Xalq artisti Nisə Qasımova ilə əlaqə yaratmağa çalışıb.
Nisə Qasımovanın köməkçisi hazırda heç bir suala cavab vermədiklərini bildirib:
“Nisə xanım hazırda müsaid deyil. Biz hazırda heç bir suala cavab verə bilmərik. Qeyd etdiyiniz məsələ ilə bağlı suallara da cavab vermirik”.
Xatırladaq ki, ötən günlərdə Xalq artisti Ceyran Haşımova verilişlərin birində Xalq artisti Nisə Qasımovadan şikayətlənib. Vaxtı ilə ona çox köməklik etdiyini vurğulayıb. Lakin indi Nisə Qasımovanın zəng vurub, onunla maraqlanmadığını bildirib. Ona haqqını halal etməyəcəyini dilə gətirib.
Qeyd edək ki, Nisə Qasımova 1982-ci il dekabrın 9-da Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunub. 1989-cu il sentyabrın 17-də “Azərbaycan SSR Əməkdar artisti”, 2008-ci il sentyabrın 17-də “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adlarına layiq görülüb.
Tarzən Ceyran Haşımova 1985-ci ildə “Əmək veteranı” medalı ilə təltif olunub. 1987-ci ildə “Azərbaycan SSR Əməkdar artisti”, 2006-cı ildə “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adlarına layiq görülüb. 2003-cü ildə Prezident Təqaüdçüsü olub. 2004-cü ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Fəxri” nişanla təltif olunub.
Nəzrin Vahid
www.RIA24.az