Buryatiyada (Rusiya) yerli sakinə ev heyvanı kimi saxladığı canavar hücum edib.
Bu barədə Buryatiya Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat verib.
“Polisə 49 yaşlı Baqdarin kənd sakinindən məlumat daxil olub. Kişi ilyarım əvvəl meşədən evə gətirdiyi canavarın qəfəsdən çıxdığını bildirib”, – deyə Buryatiya Daxili İşlər Nazirliyi bildirib.
Canavar özünü aqressiv aparıb, sahibinə hücum edib və bir neçə dəfə onu dişləyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gediblər. Polislər heyvanı yenidən volyerə salmağa çalışıblar. Nəticədə polis xidməti silahından istifadə edərək yırtıcıya atəş açmalı olub.
Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı daxili yoxlama təyin edilib. İlkin olaraq silahdan istifadə qanuni hesab olunub.
Mənbə: aif.ru
www.RIA24.az