“Ceyms Uebb” teleskopu dünyanın ən uzaq qalaktika klasterinin şəklini çəkdi

Maraqlı


Yaponiyanın Tsukuba Universitetinin astronomları ilk dəfə olaraq Yerdən 13,14 milyard işıq ili məsafəsində yerləşən ən uzaq məlum qalaktika klasterinin – A2744z7p9OD protoklasterinin nüvəsinin şəkillərini çəkə biliblər. Şəkillər “Ceyms Uebb” Kosmik Teleskopu və Atakama Böyük Millimetr Teleskopu (ALMA) tərəfindən çəkilib.

Tədqiqat “The Astrophysical Journal Letters” (TAJL) elmi jurnalında dərc olunub.

Çox uzaq məsafədə yerləşən kosmik obyektlərin tədqiqi alimlərə kainatın mənşəyinə nəzər salmağa imkan verir, çünki bu gün onlar qalaktikaların 13 milyard il əvvəl necə göründüyünü görürlər.

Tədqiqat qrupu spektroskopiyadan istifadə edərək A2744z7p9OD-un mərkəzi hissəsini təhlil etdi və 36 min işıq ili genişliyində, bizim Süd Yolu qalaktikamızın radiusunun yarısına bərabər olan bölgədə hidrogen ionlarından saçan işıq aşkar edib.

Bundan əlavə, astronomlar klasterin dörd qalaktikasından üçündə toz püskürməsi aşkar ediblər. Bu, belə uzaq keçmişdə baş vermiş toz püskürmələrinə dair ilk kəşfdir. Kosmik tozun nəhəng ulduzların təkamülünün sonunda supernova ulduzunun partlayışlarından əmələ gəldiyi hesab olunur.

Alimlər klasterin mərkəzi hissəsindəki dörd qalaktikanın necə əmələ gəldiyini və inkişaf etdiyini nəzəri olaraq yoxlamaq üçün qalaktikaların formalaşmasına dair moddelləşdirmə həyata keçiriblər. Nəticələr göstərib ki, sıx qaz hissəcikləri sahəsi Böyük Partlayışdan təxminən 680 milyon il sonra yaranıb.

Mənbə: gazeta.ru

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir