Yaponiyalı güləşçilər sərnişinlərin gözü qarşısında döyüşdülər – VİDEO

Maraqlı


Yaponiyada peşəkar güləşçilər 290 km/saat sürətlə hərəkət edən qatarda, sərnişinlərin gözü qarşısında mübarizə aparıblar.

Sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb.

Bildirilir ki, Minoru Suzuki və Sanşiro Takagi adlı idmançılar arasında döyüş Tokio-Naqoya marşrutu ilə hərəkət edən qatarda baş tutub.

Bunun üçün təşkilatçılar bütöv bir vaqonu icarəyə götürüblər və hər kəsi məşhur idmançıların döyüşünü öz gözləri ilə görməyə dəvət ediblər. Məlumata görə, bütün yerlər cəmi yarım saata satılıb.

Qeyd edək ki, sonda 55 yaşlı Suzuki qalib olub.

O da vurğulanır ki, videonun qəhrəmanları görüşləri üçün qeyri-adi yerlər seçmələri ilə tanınırlar. Onlar artıq kitab mağazasında və kempinq ərazisində döyüşüblər.

Mənbə: KP.RU

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir