“Inter Mayami”nin argentinalı hücumçusu Lionel Messi sosial şəbəkələrdə “like” və şərh şəklində fəaliyyətdən qaçdığını etiraf edib.
“Məni tez-tez əlimdə mobil telefonla görmək olar. Amma heç vaxt “like” qoymuram və şərh yazmıram. Çünki axmaq bir şey yazırsan və bir anda o, hər yerdə yayılır. Elə şeylər var ki, bundan sonra baş verə biləcəklərə görə qaçmağa üstünlük verirəm. Ancaq ailəm və dostlarımla gündəlik həyatda özümü heç nədən məhrum etmirəm”, – deyə Messi bildirib.
Qeyd edək ki, Messi iki il Fransanın PSJ komandasında oynadıqdan sonra 2023-cü ilin yayında “Inter Mayami”yə keçib. Burada keçirdiyi 12 oyundan sonra Messi 11 qol vurub və beş məhsuldar ötürmə edib.
Mənbə: Gazeta.ru
www.RIA24.az