Amazon cəngəlliklərinin dərinliklərində yaşayan təcrid olunmuş qəbilə təsadüfən onların ərazisinə girən bir kişini sözün əsl mənasında hissələrə parçalayıblar. Bundan sonra, yadların nə yediyini öyrənmək üçün onlar qurbanın balıq kimi içalatını çıxarıblar.
Şoka salan hadisə barədə dünyanın ən böyük tropik meşəsinə səyahətlər təşkil edən ekoloq Paul Rozoli danışıb.
Mütəxəssis həmişə xəbərdarlıq edir ki, belə səfərlər çox təhlükəli ola və ölümlə nəticələnə bilər. Onun fikrincə, Amazon meşələrində yaşayan ibtidai tayfaların nümayəndələrini mühakimə etmək olmaz – onlar əcdadlarından onlara ötürülən öz qanunları ilə yaşayırlar. Bununla belə, bu qaydaların əksəriyyətində belə deyilir: “Yad səni öldürməzdən əvvəl sən onu öldür”.
P.Rozolinin nəql etdiyi hadisə zamanı vəhşilər onların ərazisinə girən adamı ayağından oxla yaralayaraq onu qaçıb xilas olmaq imkanından məhrum ediblər. Bundan sonra onu tutub öldürüblər.
Daha sonra mərhumun meyiti əlləri və cinsiyyət orqanları kəsilmiş, həmçinin dərisi qismən soyulmuş və qarnı cırılmış şəkildə aşkar edilib.
Ekoloqun sözlərinə görə, qəbilə yad adamla eynən alimlərin aşkar etdikləri naməlum heyvan nümunələri ilə davrandığı kimi davranıblar.
Mənbə: Daily Star
www.RIA24.az