Payızda temperatur dəyişikliyi baş verdiyi və günəş çatışmazlığı olduğu zaman, istehlak etdiyimiz zülalların, yağların və karbohidratların miqdarına nəzarət etmək və balanslı qidalanmaq lazımdır.
Bu barədə diyetoloq Yevgeniya Belyuqa sentyabrın 25-də məlumat verib.
Mütəxəssis qeyd edib ki, payızda xüsusən də şəkər istehlakını azaltmaq tövsiyə olunur. O, yüksək kalorili qida məhsuludur, onun qida rasionuna həddindən artıq əlavə edilməsi artıq çəkiyə gətirib çıxara bilər ki, bu da öz növbəsində sağlamlığın pisləşməsinə səbəb ola bilər.
“Yüksək miqdarda şəkər istehlak etməklə, immunitet sistemimizin fəaliyyətini poza bilərik və bu vəziyyətdə mövsümi xəstəliklər zamanı viruslara müqavimət göstərmək daha da çətin olacaq”, – deyə Y.Belyuqa bildirib.
Bundan əlavə, diyetoloq mövsümi qidaları qida rasionumuza daxil etməyi məsləhət görüb. Məsələn, lif və vitaminlərlə zəngin olan balqabağı rasionunuza əlavə edə bilərsiniz.
Diyetoloqun sözlərinə görə, payızda şorba-püre və ya raqu kimi mövsümi yeməklər hazırlaya bilərsiniz.
Mütəxəssis, həmçinin bildirib ki, qəhvənin bitki çayları ilə, həmçinin limon, itburnu və ya çaytikanı əlavə edilmiş isti içkilərlə əvəz edilməsi sağlamlıq baxımından fayda verəcək.
“Onların tərkibində olan C vitamininin əlavə dozası immun sistemini gücləndirməyə kömək edəcək”, – deyə Y.Belyuqa vurğulayıb.
Mənbə: gazeta.ru
www.RIA24.az