Səudiyyə Ərəbistanından daha bir gözlənilməz gediş – Futbolçulardan sonra bu dəfə hakimlər hədəfdə

Maraqlı


Kriştianu Ronaldu ilə başlanan ulduz transfer trendini yay transfer dönəmində etdiyi gedişlərlə (Neymar, Mane) davam etdirən Səudiyyə Ərəbistanı daha bir diqqətçəkən həmləyə hazırlaşır.

Belə ki, Səudiyyə Ərəbistanı yerli çempionata yüksəksəviyyəli hakimləri dəvət etmək istəyir.

“The Times”ın öz mənbələrinə istinadla verdiyi məlumata görə, liqa təmsilçiləri Premyer Liqa və digər Avropa liqalarından olan hakimlərlə əlaqə saxlayıb, onlara Səudiyyə Ərəbistanında tamştatlı iş təklif ediblər. Onların 2022-ci il dünya çempionatında işləyən referilərlə də əlaqə saxladıqları qeyd edilir.

Nəşrdə o da vurğulanır ki, xəbər Avropanın əsas liqalarında narahatlıq yaradıb: İngiltərədəki Premyer Liqa referiləri illik 120-300 min funt sterlinq qazanırlar, lakin Səudiyyə Ərəbistanında bu rəqəm daha yüksək ola bilər. Beləliklə, Avropanın ən yaxşı hakimlərinin Səudiyyə Ərəbistanı Liqasına gedə biləcəyi ehtimal olunur.

Mənbə: Haber Global

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir