Gözlərin müayinəsi ilə autizmi müəyyənləşdirmək mümkün oldu

Maraqlı


Autizm diaqnozunun qoyulması üçün yeni üsul kəşf edilib. Belə ki, əl-göz koordinasiyasının xüsusi testləri hər iki cinsdən olan uşaqlarda autizmi aşkar edə bilir.

Bu barədə Vaterloo Universitetinin (Kanada) Optometriya və Görmə Elmləri Məktəbinin alimləri araşdırma aparıblar. Onların tədqiqatlarının nəticələri “HealthNews” jurnalında dərc olunub.

Araşdırmada 9-10 yaş arası 400 uşaq iştirak edib. Mövzular obyektin tanınması və vizual-motor testlərdən keçiblər.

Məsələn, testlərin birində uşaqlar kompüter ekranında təsadüfi istiqamətdə hərəkət edən bir sıra nöqtələrə baxmalı və nöqtələrin yuxarı, ya aşağı hərəkət etdiyini müəyyən etməli idilər. Başqa bir testdə iştirakçı ekranda nə göstərildiyinə (dairə, kvadrat və s.) cavab verməli idi.

Məlum olub ki, autizmi olan oğlanlar hər iki test növündə aşağı nəticə göstəriblər. Qızlar isə cisimləri yaxşı tanısalar da, əl-göz koordinasiyası testlərində zəif çıxış ediblər.

Beləliklə, qızların vizual işləmə sistemindəki fərqlərin onlara ətraflarını, şifahi olmayan ünsiyyət siqnallarını və üzləri daha yaxşı tanımağa imkan verdiyi öyrənilib. İndiyə qədər bu səbəbə görə qızlarda autizm diaqnozu qoyulmamış qalırdı.

Tədqiqatçılar bildiriblər ki, məhz belə halların qarşısını almaq üçün bu cür testlərdən istifadə vacibdir.

Mənbə: Gazeta.ru

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir