Analgetiklər və antibiotiklər qaraciyərə toksiki təsir göstərir

Maraqlı


Qaraciyər insan bədəninin ən böyük və vacib daxili orqanıdır. Onun özünü bərpa etmək qabiliyyətinə malik olmasına baxmayaraq, qaraciyərə zərər vermək olduqca asandır.

Bu barədə rusiyalı həkim terapevt Tatyana Romanenko bildirib.

Mütəxəssisin sözlərinə görə, qaraciyərin zədələnməsinə yağlı və qızardılmış qidalar, həmçinin qeyri-sağlam həyat tərzi səbəb olur. Bu səbəbdən, insanda çəki və mədə-bağırsaq traktında problemlər yarana bilər.

Həkim yanlış qidalar qəbul etməklə yanaşı, insanın qəbul etdiyi dərmanların da qaraciyərə təsir göstərdiyini bildirib. Beləliklə, analgetiklər və antibiotiklər hepatotoksik təsir göstərir.

“Buna görə də bu dərman vasitələrindən sui-istifadə etməmək çox vacibdir və onları həkim resepti olmadan istifadə etməmək məsləhətdir. Özünümüalicə qaraciyər üçün ölümə bərabərdir”, – deyə həkim qeyd edib.

O xatırladıb ki, qaraciyərə zərərli təsir göstərən, o cümlədən onun məhv olmasına gətirib çıxaran digər mənfi amil isə alkoqoldur.

Mənbə: Medzdrav.info

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir