Ən qısa nikah Küveytdə qeydə alınıb. Bu nikah qeydə alındıqdan sonra cəmi üç dəqiqə davam edib. Boşanmaya səbəb bəyin gəlinə təhqiramiz şəkildə irad bildirməsi olub.
Toyda iştirak edən qonaqlardan biri sosial şəbəkədə bəyin gəlini lağa qoyması barədə paylaşım edib. O, gəlinin ayağı ilişdiyi üçün onu “səfeh” adlandırıb.
Bu hadisə nəticəsində cütlük nikah qeydiyyata alındıqdan cəmi 180 saniyə sonra nikahın pozulduğunu açıqlayıb.
Mənbə: Gazeta.ru
www.RIA24.az