COVID-19-la yeni ştammı arasındakı əsas fərq açıqlandı

Maraqlı


“Koronavirusun yeni variantı “Pirola” əvvəlki ştammları xatırladır, lakin onun strukturunda bəzi dəyişikliklər var, buna görə də əvvəlki ştamlara qarşı yaxşı işləyən anticisimlər bu virusa təsir etməyə bilər”.

Bu barədə rusiyalı epidemioloq, tibb elmləri doktoru Vadim Pokrovski xəbərdarlıq edib.

Bununla belə o, narahat olmamağa çağırıb:

“Daha yüzlərlə müxtəlif ştammlar ortaya çıxa bilər. Ona görə də yeni ad yarandığına görə narahat olmağa əsas yoxdur”, – deyə mütəxəssis bildirib.

Xatırladaq ki, bundan əvvəl virusun yeni mutasiyasının Azərbaycanda yayılma ehtimalı olduğu barədə xəbər vermişdik.  Risk qrupuna yaşlılar, immun sistemi zəifləyənlər və xroniki xəstəlikləri olanlar daxildir. O da məlum olub ki, “Pirola” virusu vaksindən yayına bilər.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir