Devid Bekhem psixi pozğunluğunun yaratdığı qəribə vərdişlərindən danışdı – FOTO

Maraqlı


İngiltərə millisinin keçmiş yarımmüdafiəçisi Devid Bekhem psixi pozğunluğunun həyatında yaratdığı çətinliklərdən danışıb.

Bu barədə o, bioqrafik sənədli filmində söhbət edib.

48 yaşlı Bekhem obsesif-kompulsiv pozğunluğa görə  onda vasvasılıq  yarandığını deyib və yaş keçdikcə bunun daha da gücləndiyini vurğulayıb.

O, hətta geyinəcəyi bütün paltarları bir həftə əvvəldən düşündüyünü və hazırladığını qeyd edib.

“Məndə obsesif-kompulsiv pozğunluq var, yəni hər şeyin düz bir xətdə və ya cüt-cüt olmasına ehtiyacım var”, – deyə İngiltərə millisinin keçmiş yarımmüdafiəçisi deyib.

Mənbə: Lenta.ru

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir