Antarktida üzərindəki ozon dəliyi rekord ölçülərə çatıb – FOTO

Maraqlı


“Copernicus Sentinel-5P” peyki Antarktida üzərində ozon dəliyinin rekord artımını qeydə alıb.

Cari ildə dəlik 26 milyon kvadrat kilometr olmaqla bütün müşahidələr tarixində ən böyük ölçüsünə çatıb. Bu, Braziliyadan təxminən üç dəfə böyükdür.

Məlumata görə, ozon dəliyinin ölçüsü mütəmadi olaraq dəyişir. Avqustdan oktyabr ayına qədər o böyüyür və oktyabrın ortalarında maksimal ölçüsünə çatır. Bununla belə, Cənub yarımkürəsində istiləşmə ilə təbəqənin genişlənməsi yavaşlayır və dekabrın sonunda onun ölçüsü normala qayıdır.

Tədqiqatçılar qeyd edirlər ki, ozon dəliyi bu il çox erkən böyüməyə başlayıb və yaxın illərdə onun ölçüsü daha da böyüyə bilər.

Eyni zamanda, tədqiqatçılar cari il dəliyin niyə bu qədər böyük olduğunu izah edə bilmirlər. Onların fikrincə, bu, 2022-ci ilin yanvarında Tonqa vulkanının sualtı püskürməsi ilə bağlı ola bilər. Onun gücünü ABŞ tarixindəki ən güclü nüvə sınağı ilə müqayisə etmək olar.

Mənbə: rbc.ru

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir