“Tikinti materiallarının ucuzlaşması evlərin qiymətinə də təsir göstərəcək” – AÇIQLAMA + FOTO

Maraqlı


Tikinti materiallarının bazarda ucuzlaşması ilə bağlı məlumatlar var. Bunu Rusiya rublunun ucuzlaşması ilə əlaqələndirirlər. Xüsusən də taxtanın qiymətində ciddi ucuzlaşma olduğu deyilir.

Bəs görəsən, ucuzlaşma nə ilə əlaqədardır? Nə zamana qədər davam edəcək? Ötən illə müqayisədə nə qədər azalma müşahidə olunur?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı-ekspert Eyyub Kərimli qeyd edib ki, Rusiyada rublun məzənnəsi dollara nisbətən kəskin ucuzlaşıb:

“Hazırda Rusiyada rublun məzənnəsi dollara nisbətən ucuzlaşıb. Bu da Rusiyanın ixrac imkanlarına mənfi təsir göstərir. Rusiyadan ölkəmizə ixrac olunan məhsulların qiymətinin ucuzlaşmasına səbəb olur. Tikinti materiallarından dəmir, armatur və taxtada 10-15 faiz ucuzlaşma müşahidə olunur”.

Ekspert bu ucuzlaşmanın evlərin qiymətinə də təsir göstərəcəyini bildirib:

“Tikinti materiallarının ucuzlaşması evlərin də qiymətinə öz təsirini göstərəcək. Ucuzlaşmanın nə vaxta qədər davam edəcəyi bəlli deyil. Çünki rublun qiymətinin ucuzlaşması hələ də davam edir. Bu tikilən evlərin, çoxmərtəbəli binaların müəyyən qədər qiymətinə təsirini göstərəcək”.

Tikinti məsələləri üzrə ekspert Nüsrət İbahimov tikinti materialları bazarında son bir il ərzində ümumən 3,14 faiz ucuzlaşma qeydə alındığını söyləyib:

“Bu azalma həm daş məmulatlarında, həm də armaturda müşahidə edilib. Daşda 3,33%, armaturda 10,34%, dam örtüklərində 4,35%, sement 4,14%, qum 3,7% ucuzlaşıb. İdxal edilən taxta il ərzində 28,57%, preslənmiş taxta 35,14%, şüşə 21,88%, dəmir 18.3% ucuzlaşıb. Demək olar ki, bütün əsas tikinti materiallarında qiymət azalması müşahidə edilir”.

“Rusiyada bir qədər məhdudiyyətlər var. Son bir ildə ucuzlaşma müşahidə edilir. Tikintinin də həcmi azalıb. O da öz növbəsində qiymətlərə mənfi təsirini göstərir. Son nəticədə ucuzlaşma baş verir. Həm Rusiyada, həm Azərbaycanda ikirəqəmli inflyasiya tikinti bazarına da təsirini göstərir. İnflyasiyanın birrəqəmliyə düşməsinin bazara müsbət təsiri olacaq. Bu bazarda qiymətlərin əvvəlki məcrasına qayıtmağa sövq edəcək”, – deyə N.İbrahimov qeyd edib.

Nəzrin Vahid

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir