Yeni zelandiyalı kişi hündürlükdən tullanma üzrə sutkalıq dünya rekordunu qırdı – VİDEO

Maraqlı


Yeni zelandiyalı Mayk Herd bir gündə 941 dəfə körpüdən atılaraq, hündürlükdən tullanma (“bungee jumping”) üzrə dünya rekordunu qırıb.

Maraqlıdır ki, bu, 41 yaşlı Yeni zelandiyalının hündürlükdən tullanma üzrə ilk rekordu deyil. 2017-ci ildə o, bundan 500 dəfə az tullanıb.

Mükafat olaraq Herd 8,6 min Yeni Zelandiya dolları (təxminən 8,1 min ABŞ dolları) alıb.

O, pulu psixi sağlamlıq problemləri olan insanlara kömək məqsədilə xeyriyyəçiliyə bağışlayıb.

Mənbə: TRT Haber

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir