Rusiyalı kişi arvadını və kiçik oğlunu ilyarım girov saxlayıb, onları mənzildən buraxmayıb. Qadınla körpə uşağını yalnız manyakın çox pis vərdişi sayəsində aşkarlamaq və xilas etmək mümkün olub.
Qorxunc hadisə Maqnitoqorskda qeydə alınıb.
41 yaşlı Dmitri Volınskix binanın liftinə dəfələrlə batırıb, kabinəyə zibil torbaları atıb. Qonşuların ictimai əmlaka zərər vurmamaq xahişi ona təsir etməyib və sakinlər polisə müraciət etmək məcburiyyətində qalıblar.
Hüquq-mühafizə orqanı əməkdaşları Volınskixin evinə gələndə qapı arxasından bir qadın cavab verib. Bu qonşular üçün gözlənilməz olub, çünki Dmitrinin tək yaşadığına əmin olublar.
Qadının qapı arxasında kilidli olduğu öyrənildikdən sonra o, eyvandan xüsusi avadanlıqla mənzildən xilas edilib.
İlkin istintaq zamanı qadın ərinin əleyhinə ifadə verib, uşaq dünyaya gətirdiyindən bəri (ilyarım) özünün və oğlunun evə qapadıldıqlarını deyib, lakin tezliklə ifadəsindən imtina edib. Bədənindəki çoxsaylı qançırı isə partnyoru ilə “rol oyunları”nın nəticəsi olduğunu deyib.
Yuliyanın mənzil əsirliyindən əvvəl onunla əlaqə saxlayan ən yaxın rəfiqəsinin dediyinə görə, Dmitri əvvəllər həyat yoldaşına qarşı son dərəcə despotik davranıb.
Hazırda 41 yaşlı kişi ruhi xəstəxanaya göndərilib, arvadı da psixiatrların nəzarəti altındadır, oğlu isə sığınacaqdadır.
Mənbə: “Shot” “Telegram” kanalı
www.RIA24.az