Xərçəngin üç erkən əlaməti var ki, insanlar adətən onlara əhəmiyyət vermirlər.
Bu barədə rusiyalı cərrah-onkoloq, tibb elmləri namizədi İvan Karasyov danışıb.
Həkimin sözlərinə görə, bədxassəli şişin böyüməsinin təzahürünü soyuqdəymə ilə səhv salmaq mümkündür. Xüsusən də insan daimi olaraq bədənində gücsüzlük və ya zəiflik hiss edirsə.
“İkinci əlamət qeyri-adekvat olaraq uzun müddət davam edən 37 və ya daha yüksək bədən temperaturudur”, – deyə o qeyd edib.
Cərrah onkologiyanın üçüncü görünməz əlamətinin boğaz ağrısı olduğunu deyib.
Karasyovun sözlərinə görə, adətən soyuqdəymə zamanı kömək edən dərmanların qəbulu lazımi qaydada nəticə vermir. Bundan əlavə, sağalmayan yaralar, tez-tez rast gəlinən baş ağrıları, sidik və ya defekasiya zamanı qeyri-adi axıntı da orqanizmin xəbərdarlıq əlaməti ola bilər.
Xərçəngdən qorunmaq üçün həkim siqareti çəkməkdən və mütəmadi olaraq spirtli içki qəbul etməkdən imtinanı, idmanla məşğul olmağı və düzgün qida rasionuna riayəti tövsiyə edib.
Mənbə: Rossiyskaya qazeta
www.RIA24.az