44 yaşlı hindistanlı arıqlamağa qərar verdi və gözəllik müsabiqəsində yer tutdu – FOTO

Maraqlı


Arıqlamağı qarşısına məqsəd qoyan hindistanlı qadın səkkiz ayda arzusuna çatıb, hətta ölkəsində keçirilən gözəllik müsabiqəsində yer tutub.

44 yaşlı Vayşali Dhandanın sözlərinə görə, 71 kq olanda artıq arıqlamaq qərarına gəlib.

“Hiss etdim ki, hər şey dəyişməlidi, çünki artıq çəki normal həyat sürməyə mane olur və özümə inamı sarsıdırdı”, – deyə qadın bildirib.

O, əlavə edib ki, bu arzusunun bir səbəbi də qızı olub, köklüyünə görə övladına qulluq eləməkdə çətinlik çəkirmiş.

Qadın ilk addım kimi sağlam qidalanmaya keçib. Bundan başqa müntəzəm olaraq idman etməyə başlayıb. Həftədə altı gün beş kilometr yeriyib, həmçinin bir gündən bir idman zalında güc məşqləri edib.

Bununla belə o, sərt pəhriz saxlamayıb, bəzən özünə tünd şokolad və dondurmaya icazə verib. O, həm də məşqləri mütəmadi dəyişib ki, bezməsin.

Nəticədə Dhanda səkkiz ay ərzində 15 kiloqram arıqlamağı bacarıb. Bu, onun daha inamlı olmasına kömək edib. Hətta model kimi işə də başlayıb. Üstəlik, qadın “Mrs. India” müsabiqəsində iştirak edib və orada üçüncü yeri tutub.

“İlk növbədə bütün bu dəyişikliklərin bir neçə aylıq deyil, ömürlük olmasına inanın. Əgər ona ağıllı yanaşsanız və həqiqətən dəyişməyə hazırsınızsa, arıqlamaq gözəl bir şeydir. Əsas odur ki, formaya düşək, sonra heç bir maneə olmayacaq”, – deyə Dhanda bu yolda olanlara öz tövsiyəsini verib.

Mənbə: Lenta.ru

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir