Paraqvayda qəribə hadisə ölkə sakinlərinin heyrətinə səbəb olub. Belə ki, şiddətli qarın ağrısı ilə xəstəxanaya yerləşdirilən 33 yaşlı qadın gözləmədiyi hadisəylə üzləşib.
Məlumata görə, qadında şiddətli qanaxma olub. Buna görə ginekoloq çağırılıb. Müayinədən sonra həkim xəstənin hamilə olduğunu və artıq doğuş başladığını deyib.
Vaxt az olduğu üçün həkimlər xəstəni doğum evinə göndərməyib, uşaq elə həmin xəstəxanada dünyaya gəlib.
Qadının özü iddia edir ki, doqquz ay ərzində heç vaxt hamiləlik əlamətlərini görməyib, buna görə də son ana qədər həkimə inanmayıb.
Məlumata görə, qadın uğurlu doğuş keçirib, körpənin vəziyyəti yaxşıdır.
Mənbə: “Lenta dnya” “Telegram” kanalı
www.RIA24.az